“Səkkizinci gün” romanı iki-üç milyon illik insan tarixini əhatə edir.
Quşçular kəndinin sakinləri Əvəz və Ülkər qonşu erməni kəndi Noraguğ sakinləri Qurgen və Siranuşla yaxın dostdular. Ermənilər Quşçulara hücum edib, kəndi yandırdığı zaman Qurgen və Siranuş evlərindən çıxıb Əvəzgilə köməyə gedirlər. Ancaq yaxınlığa düşən mərmi onları uzağa atır. Hadisə nəticəsində dərin bir quyuya düşürlər. Bu, zamanın və yaddaşın quyusudur. Əsərdəki əsas hadisələr bundan sonra başlayır.
“Səkkizinci gün” Kəramət Böyükçölün ikinci romanıdır. Buradakı obrazlar tarixin içindən keçib gəlsə də, baş verən hadisələr tamamilə bu günlə əlaqələndirilir və bu günün problemlərinin nədən başlandığını təyin etməyə çalışır.