Haqqımızda
Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bir müddət müxtəlif media qurumlarında çalışıb.
İlk kitabı 2010-cu ildə nəşr edilən "Çöl" romanıdır. Roman 2020-ci ildə ikinci, 2022-ci ildə üçüncü, 2023-cü ildə dördüncü dəfə nəşr edilib.
Kəramət Böyükçölün bundan başqa "Səkkizinci gün", "Əlqəmə", "Səs" romanları, "Elçibəyin sirri", "Fərarinin həyat sevgisi" kitabları da nəşr edilib.