Çöl romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təəssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır. Doğrudan da adam inanır ki, at çöllərin A hərfidir. Və doğrudan da at çölləri oxuya bilir. Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür. Əşyalarla, sözə qədərki səslə ifadə olunan məna mətnləri yazıçının əsas uğurudur. Əsər müəyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan nə vaxt doğulmuşdur, fərqi yox, doğulmuş və doğulacaq insanın anlayışı, keçmiş və müasir dünya elementləri ilə mayalanmış beyin rüşeymləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən də keçir, müharibədən də. Bu insan Şərq və Qərb sivilizasiyalarının qarşıdurmasından və həm də birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orijinal şəkillərlə ifadə edir. Əsərdə həyatın və cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı və daşıyıcısı və həm də bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir.
Çöl
15 ₼
Çöl romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təəssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir.
Category: Kəramət Böyükçölün kitabları
Description
Related products
“Səs” romanı
15 ₼
Elçibəyin sirri
15 ₼
Əlqəmə
10 ₼
Kəramət Böyükçölün “Əlqəmə” romanı reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır.
Əlqəmə
Ferrari’nin həyat sevgisi
15 ₼
Səkkizinci Gün
10 ₼
- +99450 862 92 25
- +99450 862 92 25
- [email protected]
- Hüseyn Cavid prospekti 50-56
Kerazon.net Created by Webline.az