Kəramət Böyükçölün “Əlqəmə” romanı reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır. Daim depressiya, ünvansız bir darıxmaq, özünü axtarmaq… O, Qaraçöpdə babasıgilin damından təsadüfən tapdığı əlyazmanın iki səhifəsini öz yazıçı təxəyyülünün süzgəcindən keçirib yeni bir roman yazmağa başlayır. Bundan sonra Əlqəmə kimlərsə tərəfindən izləndiyini hiss edir və buna görə onsuz da narahat olan həyatının qorxusu, həyəcanı bir az da artmağa başlayır. Əvvəldən dostluq münasibətləri olan akademik Salman Ozançı bu əsərdən sonra onun həyatına yeni obraz kimi daxil olur. Asudə, Təkqol da Əlqəmənin təsadüfən qarşısına çıxmış əlyazmanın hələ çap olunmamış səhifələridir. Hüdudsuz təfəkkür zənginliyi Əlqəmənin hətta öz qətlini, tabutunu, meyitini belə gözünün qarşısında canlandırır.
Əlqəmə
10 ₼
Kəramət Böyükçölün “Əlqəmə” romanı reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır.
Əlqəmə
Category: Kəramət Böyükçölün kitabları
Description
Related products
“Səs” romanı
15 ₼
Çöl
15 ₼
Elçibəyin sirri
15 ₼
Ferrari’nin həyat sevgisi
15 ₼
Səkkizinci Gün
10 ₼
- +99450 862 92 25
- +99450 862 92 25
- [email protected]
- Hüseyn Cavid prospekti 50-56
Kerazon.net Created by Webline.az